Toydan çıxıb evə gedən gəlini öldürmüşdü, cəzası bəlli oldu
ABŞ-da toy günü gəlini vurub öldürən qadın sürücüyə hökm oxunub.
Hadisə 2023-cü il aprelin 28-də Cənubi Karolina çimərliyində Folly Beach yolunda baş verib. 27 yaşlı Ceymi Li Komoroski sərxoş halda yüksək sürətlə yeni evlənən cütlüyün olduğu qolf arabasına çırpılıb.
Məlumata görə, mərhum 34 yaşlı Samanta Miller həmin an gəlinlik paltarında toyundan çıxıb evə gedirmiş. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Bəy kəllə-beyin travması alıb və çoxsaylı sümükləri sınıb.
Məhkəmə qadın sürücü Komoroskini 25 il müddətinə azadlıqdan məhrum edilib./Lent.az