Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər
Dekabr ayının 25-də dünyanın bütün ölkələrində Yeni il şənliklərinə hazırlıqların getdiyi bir vaxtda xalqımızı sarsıdan bir hadisə baş verdi. Həmin gün Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb. Ölkə başçısı İlham Əliyev təyyarə ilə Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan zaman qəza barədə məlumat alan kimi dərhal Bakıya qayıtmaq barədə qərar qəbul edib və Bakıda hava limanında operativ müşavirə…
Read More