Zaman və məkan vəhdətində varisliyə sadiqlik!
«Əsrin müqaviləsi» ilə yola çıxan, Cənub Qaz Dəhlizi ilə Avropanı dolaşan, COP29-la dünya birliyini yaşıl dünya naminə həmrəyliyə çağıran Azərbaycanın neft strategiyası əməkdaşlığın şaxələndirmə formatıdır Müdriklərin söylədikləri kimi, tarixi insanlar yaradır. Onu zənginləşdirən, bəşəriyyətin ibrət dərslərini şəxsi keyfiyyətlərində nəsildən-nəslə ərmağan edən liderlərin xalqı üçün gördükləri işlər, göstərdikləri fədakarlıqlar mənsub olduqları xalqın yaddaşında, dövlətçilik salnaməsində əbədiyaşarlıq haqqı qazanır. Tarixin yetirdiyi ən böyük sərkərdələrdən olan Napaleon demişdir ki, siyasət taledir. Bəxtlərinə yazılmış bu fəlsəfəni varislik ənənəsi ilə doğruldan, milyonlara örnək olan, siyasi və şəxsi həyatının bütün dönəmlərində fəaliyyəti ilə təsdiqləyən Ulu Öndər…
Read More