Əsas səhifə 

Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq

Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu müjdəni də çatdırdı ki, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar Artıq 2024-cü ilin ilk ongünlüyünü yaşayırıq. Hər yeni ilə ötən ilin uğurlu nəticələri əsasında qədəm qoyulur, yeni hədəflər müəyyənləşdirilir və qarşıdakı dövrdə görüləcək işlərin yol xəritəsi təqdim edilir. Dövlət başçısı İlham Əliyevin 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 2024-cü ili hansı uğurlarla başa vuracağımızın aydın mənzərəsini təqdim etdi. «2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş…

Read More
Əsas səhifə 

Şəhid polkovnik Babək Səmidlinin doğum günüdür

Bu gün Vətən müharibəsinin iştirakçısı, şəhid polkovnik Babək Səmidlinin doğum günüdür. Babək Mətləb oğlu Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. 1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə həmin məktəbin məzunu olub. O, 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi olub. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə xüsusi…

Read More
Əsas səhifə 

Şəhid pilot Rəşad Atakişiyevin doğum günüdür

Bu gün Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür. ARANTV.AZ  xatırladır ki, Rəşad Saləddin oğlu Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. O, ilk təhsilini Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə uçuş mühəndisi ixtisasına yiyələnərək təhsil ocağını yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə…

Read More
Əsas səhifə 

Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər

Dekabr ayının 31-də, yeni ilin başlanğıcına bir neçə dəqiqə qalmış Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində mühüm məqamlara toxundu, zəruri mesajlar verdi. Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var. 44 günlük müharibədə qələbə qazanaraq yeni gerçəkliklər yaradan – Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Bu xüsusda ən vacib məqam 2023-cü ilin Azərbaycanın Zəfər…

Read More
Əsas səhifə 

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib – TAM MƏTN + YENİLƏNİB/VİDEO

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. AZƏRTAC xəbər verir ki, ölkə başçısı müraciətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqı təbrik edib. Müraciətin tam mətnini təqdim edirik: “Əziz həmvətənlər. 2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu…

Read More
Əsas səhifə 

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar “X” sosial şəbəkə hesabında paylaşım edib. ARANTV.AZ  xəbər verir ki, paylaşımda “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!” sözləri qeyd edilib.  

Read More
Əsas səhifə 

Mehriban Əliyeva Yeni il və Həmrəylik Günü ilə bağlı paylaşım edib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı paylaşım edib. ARANTV.AZ  xəbər verir ki, “Instagram” hesabındakı paylaşımda deyilir: “Əziz bacılar və qardaşlar! Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm”.  

Read More
Əsas səhifə 

Sözə enməyəcək düha və ya ən sadə, ən səmimi…

Həyatımızda xüsusi aktuallıq, önəm kəsb edən, milli özünüdərkimizdə, özünəqayıdışımızda, beynəlxalq sferada güc, söz haqqına sahiblənməyimizdə, qlobal intellekt savaşında Azərbaycan imzasının varlığı ilə qürurlanmağımızda müstəsna əhəmiyyətə malik fenomenal şəxsiyyətlərin, hadisələrin önəmini vurğulamaq, gələcək nəsillərə bu gerçək dəyərlərin əsl mahiyyətini aşılamaq məqsədi ilə illərimizə ad qoymaq artıq uzun zamandır ki, bir ənənəyə çevrilib. Ömrümüzdən keçən qocaman bir ilin hər gününü həmin tarixi hadisəyə, fəxr, güvən yerimiz olan şəxsiyyətə həsr eləməklə, həm də müəyyən mənada onlar qarşısındakı mənəvi borcumuzu ödəmiş oluruq. İllərimizin daşıdığı adlar təbii ki, özü-özlüyündə həm də dünyaya ötürülən müəyyən siyasi…

Read More
Əsas səhifə 

İlham Əliyevin Zəfər epopeyası

44 günlük savaş Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazıldı. Savaşın hər gününü, hər anını xalqımız yüksək əhvalla yaşadı. Cəbhədən alınan qələbə xəbərləri ruhumuzu yerindən oynatdı: şəhadətin göz yaşları qələbə sevinci ilə əvəz olundu. Bir xalq və millət olaraq son əsrlərdə qələbə üzünə həsrət qalmış Azərbaycan etnosu düşmən üzərində zəfər çalmaqla millətin tarixi kimlik ləyaqətini bütün dünyaya sübut etdi. Azərbaycan yumruq kimi birləşdi: lider və xalqın mənəvi-ruh birliyi bu xalqın xeyirxahlarına da, bədxahlarına da Azərbaycan xalqının kim olduğunu göstərdi. Dünya bu qələbənin nümunəsində Oğuz-Türk kimliyinin yenidən necə doğulduğunu, Oğuz kağanın…

Read More