Əsas səhifə 

Milli Məclis Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib

Milli Məclis 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. “Report”un xəbərinə görə, parlamentin martın 7-də keçirilən bugünkü plenar iclasında spiker Sahibə Qafarova təklif edib ki, 8 Martla əlaqədar Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın. Deputatlar sədrin təklifini dəstəkləyiblər.

Read More
Əsas səhifə 

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.   Prezident.az xəbər verir ki, təbrikdə deyilir:   “Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.   Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır.   Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin…

Read More
Əsas səhifə 

O məşum gecədə…

Azərbaycan xalqı zaman-zaman ermənilərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqın və  məcburi köçkün vəziyyətinə düşmüşdür. 1988-ci ildə ermənilərin əsassız torpaq iddiasının yenidən baş qaldırmasının nəticəsi olaraq o zamanki Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi yarandı. Torpaqlarımızın 20 faizi 30 il ərzində işğal altında qaldı, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənilərin “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq kimi sərsəm ideyalarını gerçəkləşdirmək istəkləri yüzlərlə kəndin, şəhərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. 1992-ci il fevralın 26-na keçən gecə…

Read More
Əsas səhifə 

Mehriban Əliyeva Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib. ARANTV.AZ  xəbər verir ki, paylaşımda deyilir: “Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.    

Read More
Əsas səhifə 

Heydər Əliyevin dövlətçilik konsepsiyasında sosial siyasət amili

“Bizim dövlətimizin siyasəti iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, birinci növbədə sosial problemləri həll etməkdən ibarətdir” Müdrik siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin bu sözləri dahi rəhbərin insanların sosial rifah halının yaxşılaşdırılmasına nə qədər önəm verdiyinin aydın ifadəsidir. Bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial siyasət strategiyasının əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət Heydər Əliyevin milli inkişaf konsepsiyasında əsas istiqamət kimi dövlət büdcəsinin sosialyönümlü olmasına xüsusi əhəmiyyət verilib. Həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan uğurla çıxaran Ulu Öndər ölkədə makroiqtisadi…

Read More
Əsas səhifə 

Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!

“Heydər Əliyev İli” – 2023 Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirdi və hər kəsin həyat amalna çevrildi “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş…

Read More
Əsas səhifə 

MİLLİ İDEOLOGİYAMIZIN BANİSİ VƏ LİDERLİK MİSSİYASI

Məlum olduğu kimi, 2023-cü il ölkəmizdə müstəqil Azərbaycan Respublikasının qurucusu və ideoloqu, ümummilli lider Heydər Əliyevin şərəfinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilmişdir. Sərəncamda da deyildiyi kimi: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”. Bu gün milli düşüncəmizin, eləcə də milli vətəndaşlıq təlimimizin nüvəsini milli ideologiyamız…

Read More
Əsas səhifə 

Macarıstan həm istehlakçı, həm də Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə olacaq

Bu il yanvar ayının 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Macarıstanın Baş naziri cənab Viktor Orban ilə geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladılar. Tərəflər arasında Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrinə, təbii qaz, bitki karantini və bitki mühafizəsi sahəsində, miqrasiya sahəsində, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlığa dair Anlaşma Memorandumları və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə…

Read More
Əsas səhifə 

Bu gün Azərbaycan Gəncləri Günüdür

Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Bununla da Azərbaycan, bir çox sahələrdə olduğu kimi, burada da bir çox ölkələri qabaqlayıb. Onu da qeyd etmək…

Read More