Əsas səhifə 

Zəfər paradı tarixi Qələbəmizin təntənəsi oldu

İki il öncə, dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Zəfər paradının şahidləri kimi taleyimizin xoşbəxt, əlamətdar hadisəsini yaşadıq həmin gün. Ordumuzun Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Müstəqilliyimizin mübarizə məkanı olan Azadlıq meydanında Ali Baş Komandan, Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb…

Read More
Əsas səhifə 

Ümummilli liderimiz hər zaman bizim qəlbimizdə yaşayacaqdır

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən…

Read More
Əsas səhifə 

Prezidentlə Xoşbəxt Yusifzadə arasında maraqlı DİALOQ

Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib. ARANTV.AZ xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verərək dedi: Xoş gəlmisiniz, cənab Prezident, yeni inşa edilmiş “Akademik Xoşbəxt Yusifzadə” gəmisi istismara hazırdır. Prezident İlham Əliyev: Salam. Xoş gördük. Təxminən üç il bundan əvvəl mən bu qərarı qəbul etdim və artıq gəmi hazırdır. Akademik Xoşbəxt Yusifzadə: Bəli, hazırdır. Dövlətimizin başçısına məlumat…

Read More
Əsas səhifə 

Tarixi Qələbəmizə “Laçın Zəfəri” yazılan gün

Məğrur diyarımız, azadlığın mübarək! Qartal olub göylərində uçum mən, Bulaq olub gözlərindən süzüləm, Yağış olub torpağına süzüləm, Yaxıb yandıran Laçınım mənim. Qarabağ silsiləsinin yamyaşıl, atlas geyimli yamacları, meşə və ormanları ilə Zəngəzur dağları ahəngində özünə yurd salan  qartallar oylağı, igidlər məskəni, gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan  füsunkar Laçın… Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Burada təbiətin min bir rəngi adamı ovsunlayır, ruha can verən gözəllikdən göz doymur, baxdıqca baxmaq istəyirsən. Laçın təbiətin yaratdığı canlı muzey, gözəlliklər məskəni, dağlar diyarıdır. Düşmənlərimizin əsrlər boyu…

Read More
Əsas səhifə 

Prezident Faqət Şadlinskayanı   “Tərəqqi” medalı ilə  təltif etdi.Təbrik edirik!

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs orden və medallarla təltif olunub. ARANTV.AZ-ın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyev sərəncam imzalayıb. YAP Bərdə rayon təşkilatının sədri Şadlinskaya Faqət Nəcəb qızı  “Tərəqqi” medalı ilə  təltif etdi Bizdə ARANTV.AZ  kolektivi olaraq  bu sevincə qoşulub bir daha Şadlinskaya Faqət xanımı ürəkdən təbrik edirik.  

Read More
Əsas səhifə 

Prezident İlham Əliyevin oğlu ailə qurub – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin oğlu ailə qurub. Bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə paylaşım edib. Paylaşımda deyilir: “Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan sevgi və hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!” ARANTV.AZ kollektivi adından gənc ailəni təbrik edir, xoşbəxtlik arzulayırıq!

Read More
Əsas səhifə 

Ulu Öndərə olan inamın, sevginin, etibarın nümunəsi

Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Azərbaycanın çiçəklənmə yollarına gəlib çıxmasında əvəzsiz, müstəsna rolu olan xalqın böyük oğlu, Ümumilli lider Heydər Əlirza oğlu Əliyev öz rəqibsizliyi, dayanaqlılığı və etibarlılığı ilə seçilən dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının təməl daşını qoymaqla xalqın ona olan sevgi, inam və etibarını layiqincə doğruldan bir şəxsiyyət olaraq qəlblərdə yaşayır və daim yaşayacaqdır. 1990-cı il ərəfələri xalqımızın tarixinin ən ağır, müdafiəsiz, iqtisadiyyatının çökmüş, siyasi…

Read More
Əsas səhifə 

«Qafqazın Xirosiması», «Ruhlar şəhəri» «ağıllı şəhər» kimi tanınacaq

Dövlət başçısı İlham Əliyev ötən il Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində bu çağırışı səsləndirdi ki, biz elə bir şəhər, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq «Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq» söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə səfərləri ilə Böyük Qayıdışın prioritetliyini, ən əsası bu torpaqların dağıntı mərhələsindən quruculuq dövrünə qədəm qoymasında nə qədər maraqlı olduğumuzu nümayiş etdirdi. Ən əsası «ağıllı şəhər»…

Read More
Əsas səhifə 

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığıda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”

Read More