Manset 

Azərbaycan istehsalı olan “Xəzər” avtomobilləri Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində təmsil olunur

ARANTV.AZ xəbər verir ki, ənənəvi olaraq keçirilən Moskva Beynəlxalq Avtomobil Salonu sərgisi – avtomobil sənayesinin inkişafı üçün mühüm hadisə hesab edilir və Rusiya bazarını müasir və yüksək keyfiyyətli avtomobillə təmin etmək üçün əlavə stimuldur. Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə Krokus Ekspo mərkəzində keçirilən sərgidə “Azərmaş” Açıq Səhmdar Cəmiyyəti Neftçala Avtomobil Zavodunda istehsal olunan “Xəzər LD” və “Xəzər SD” avtomobilləri ilə təmsil olunur. Sərgi iştitakçılarına məlumat verildi ki, Avro-5 standartlarına uyğun istehsal olunan yeni avtomobillər beynəlxalq təhlükəsiszlik sisteminə cavab verir. Neftçala avtomobil zavodunda il ərzində Xəzər avtomobilləri ilə yanaşı, digər markalı 10 min ədəd avtomobil istehsal olunacaq ki, bunun da 20 faizi gələcəkdə xaricə ixrac ediləcək. Qeyd edək ki, Moskva beynəlxalq avtomobil salonu sərgisində dünya avtomobil sənayesi liderlərinin ən son işləri, komplekləşdirici məmulatların müasir nümunələri, habelə qabaqcıl ideya, konsepsiya, texnologiya və materiallarla tanış olmaq mümkündür.

Daha çox xəbərlər