Bakı metrosundakı sıxlığın əsas səbəblərindən biri: sən demə, BNA…
Son günlər “Bakı Metropoliteni”ndə qatarların intervalında tez-tez gecikmələr baş verir. Nəticədə stansiyalarda sıxlıq müşahidə edilir ki, bu da sərnişinlərin haqlı narazılığına səbəb olur.
ARANTV.AZ redaktor.az-a istinadən xəbər verir ki, nəqliyyat ekspertləri mövcud problemin əsəs səbələrindən birinin sərnişin avtobuslarının hərəkət istiqamətinin düzgün seçilməməsi ilə əlaqələndirirlər. Məsələn, metronun “Əhmədli” stansiyasından “Avtovağzal” stansiyasına qədər cəmi 1 avtobus – “7A” nömrəli sərnişin avtobusu hərəkət edir.
Nəzərə alsaq ki, “7B” nömrəli sərnişin avtobusunun isə hərəkət istiqaməti Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədəkdir. O zaman metrodakı sərnişin sıxlığı hələ uzun müddət davam edəcək. Yəni, şəhərin bu başından o biri başına gedib-gələn sərnişinlər məcburi metrodan istifadə edirlər.
Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda avtobusların hərəkət xətlərinin optimallaşdırması işləri gedir:

