Cəmiyyət 

Hamilə qadın böyrəyindən əməliyyat olundu – Tibdə kuryoz hadisə

Türkiyədə hamiləliyinin 27-ci həftəsində olan qadın daimi müayinələrindən keçmək üçün xəstəxanaya gedib. Müayinələr zamanı, onun böyrəyində şiş aşkarlanıb.

 

ARANTV.AZ  xəbər verir ki, UZM zamanı uşağın ana bətnində tamamilə sağa tərəf dönməsi ilə şiş ortaya çıxıb və 15 sm olduğu müəyyən edilib. Bundan sonra həkimlər şişin başqa orqnlara yayılmaması üçün onun dərhal əməliyyatl agötürülməısi qərarına gəliblər.

 

Lakin qadın hamilə olduğu üçün tibdə nadir rastlanan əməliyyatlardan biri olub. Həkimin sözlərinə görə, bütün dünyada cəmi 70 dəfə bu bu tip əməliyyat həyata keçirilib. Bunların da əksəriyyətində uşaqların tələf olması ilə nəticələndiyini bildirib.

 

Həkim bütün tədbirləri gördükdən sonra , uşaq bətndə qalmaq şərtilə ananı narkozla yatızdırıb. Daha sonra bacardıqları qədər sürətli bir şəkildə şişi çıxarmağa çalışıblar. Əməliyyata müxtəlif sahələrdən bir çox həkim qatılıb.

 

Nəticədə şiş uğurla çıxarılıb. Hım ananın, həm də körpənin vəziyyəti normaldır. Hazırda ana sağlam bir şəkildə hamiləliyinin 29-cu həftəsindədir.Medicina.az

Daha çox xəbərlər