Zorlamaqda təqsirli bilinən şəxs Ali Məhkəməyə müraciət etdi
Bakıda qadını zorlamaqda təqsirli bilinərək məhkum edilmiş şəxsin bəraət alması ilə bağlı Ali Məhkəməyə müraciət edib.
ARANTV.AZ-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.4-cü, yəni, zorlama – zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən və apelyasiya instansiyasında isə bəraət alan Zərbəlibəyli Məsləhət Hacağa oğlu barəsində Ali Məhkəməyə müraciət edilib. Zərərçəkən tərəf kimi tanınmış A.Ü adlı qadın işin yenidən araşdırılmasını və M.ərbəlibəyli barəsindəki bəraət hökmünün dəyişdirilməsini xahiş edib.
Müraciətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Zərbalıbəyli Məsləhət Hacağa oğlu 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. İxtisasca hüquqşünasdır. O, 2017-ci ildə Ü.A adlı qadından məhkəməyə şikayət edib. Lakin məhkəmə hüquqşünasın iddiası rədd edilib. Daha sonra hüquqşünas həmin qadını zorlamaq qərarına gəlib və onu zorlayıb.News24.az

