Hadisə 

Gənc qadın boğulub öldü – Daha bir dəm qazı faciəsi

Kürdəmirdə 23 yaşlı qadın dəm qazından boğulub.
 
ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Füzuli küçəsi ev 24 ünvanından qeydə alınıb.
Həmin mənzildə yaşayan, 1996-cı il təvəllüdlü Mənsimə Osmanova evin hamamında dəm qazından boğulub. Onun həyat yoldaşı onu ölü vəziyyətdə aşkarlayıb.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.Medicina.az

Daha çox xəbərlər