Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
Prezident İlham Əliyev Keniya Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm”.

