Dünya 

Braziliyanın ən qədim muzeyi yandı — 20 milyon eksponat məhv oldu

Braziliyanın milli muzeyində yanğın baş verib.

ARANTV.AZ  xəbər verir ki, Rio-de-Janeyroda yerləşən muzey Braziliyanın ən qədim elmi mərkəzi sayılır.

Yanğın bazar günü baş verib. Muzey bağlandıqdan sonra yanğın başlayıb və bu səbəbdən xəsarət alan olmayıb. Xidmət aparan dörd mühafizəçi vaxtında binanı tərk ediblər. Bir neçə dəqiqə ərzində alov XIX əsrdə inşa edilmiş taxta binaya çatıb.

Binanın ərazisi 20 min kvadrat metrdir.  Muzeydə 20 milyon eksponat olub. Braziliya prezidenti Mişel Temer bəyan edib ki, yanğının vurduğu ziyanı hesablamaq mümkün deyil:

“200 illik zəhmət puça getdi. Bu, braziliyalılar üçün qəmli gündür”.


Ölkə.Az

Daha çox xəbərlər