Donuz qripi 8 nəfərin ölümünə səbəb oldu
Yəməndə H1N1 (donuz qripi) virusundan ölüm halları qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, “Ənsər Allah” (husilər) hərəkatının səhiyyə naziri Taha əl-Mütəvəkkil bildirib ki, 1600 mövsüm qripi halı qeydə alınıb.
Onun sözlərinə görə, 48 nəfər qripdən dünyasını dəyişib, onlardan 8-nin ölüm səbəbi donuz qripi olub.

