Hadisə 

Fəhlə tikintidən yıxılıb öldü

Lənkəranda tikintidən yıxılan fəhlə ölüb.

ARANTV.AZ apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.

Bir ay əvvəl həmin kənddə tikintidə çalışan Ruhid Əlizadə yıxılıb, onun beyninə qan sızıb. Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən fəhlə ötən gün orada ölüb.

Faktla bağlı Lənkəran prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər