Hadisə 

15 yaşlı qıza təcavüzdə ittiham edilən şəxs məhkəməyə çıxarılır

Ağdaş rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Rahib Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, Ağdaş Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxşı dekabrın 26-da davam edəcək.

İttihama görə, Rahib Məmmədəliyev rayon ərazisində Ayla Səmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz edib.

İstintaq orqanı tərəfindən Rahib Məmmədəliyevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Daha çox xəbərlər