Qaxda avtomobil ağaca ÇIRPILDI: ölən və xəsarət alanlar var
Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb. Yevlax rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı iki Yevlax sakini xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan, 1992-ci il təvəllüdlü Cəsarət Vəliş oğlu Əlizadə dünyasın dəyişib. Digər yaralının vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

