Gələn ildən fermerlərə subsidiyalar elektron sistem vasitəsilə veriləcək
Aqrar Kredit və İnkişaf Agentliyi Yeni il bayramından dərhal sonra subsidiyalarla bağlı müraciətləri qəbul etməyə hazırdır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Agentliyin sədri Mirzə Əliyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.
O bildirib ki, bu il Agentliyin aqrar sahənin dəstəklənməsi üzrə səlahiyyətləri genişlənib. Ötən ilin sonunda imzalanmış fərmana əsasən bu ilin yanvarından kənd təsərrüfatı istehsalı vasitələrinə dövlət güzəştləri də Agentlik tərəfindən ödənilməyə başlanıb: “İndi rəqəmləri və faktları qarşılaşdıranda görürük ki, bu tapşırığın öhdəsindən gələ bilərik. Qarşıdan gələn ildə fəaliyyətimizin genişlənməyini gözləyirik”.

