Xırdalanda 37 yaşlı kişi evininin qarşısında bıçaqlandı
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında Xırdalan şəhəri, Rəsulzadə küçəsində baş verib. 37 yaşlı Ərşad Mehrəliyev evinin qarşısında dayandığı zaman tanımadığı 3 nəfər ona yaxınlaşıb. Söhbət əsnasında onlar mübahisə ediblər, həmin şəxslərdən biri bıçaqla Ə.Mehrəliyevin döş qəfəsindən zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat istintaq tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən Bəhruz Əmənov saxlanıllıb.
Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.
Ölkə.Az

