Hadisə 

Azyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çökdü – FOTO

Kürdəmir rayonunda azyaşlı uşaqlar üçün təşkil olunmuş Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb.

ARANTV.AZ  “report”a istinadən xəbər verir ki, hadisə rayonun Xırdapay kənd folklar evində qeydə alınıb.

Şənlik zaman qəfildən zalın döşəməsi çöküb. Hadisə zamanı xəsarət alan olmasa da, azyaşlılar dərhal zaldan çıxarılıblar.

Qeyd edək ki, Xırdapay kənd foklor evi 2013-cü ildə təmir olunub.

İlkin məlumata görə, həmin zaman işlərin qeyri-peşəkarlara həvalə olması zalın döşəməsinin çökməsinə səbəb olub.
Azyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çökdü - FOTOAzyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çökdü - FOTOAzyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çökdü - FOTOAzyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çökdü - FOTOAzyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çökdü - FOTO

Daha çox xəbərlər