Kriminal 

Bakıda kirayənişin qonşusunu öldürdü — MƏHKƏMƏ

Bakıda adam öldürməkdə təqsirli bilinən Cavid Həmidlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan şossesində yerləşən fərdi evlərin birində baş verib.

Gecə saat 2 radələrində 1994-cü il təvəllüdlü Həmidli Cavid Yusif oğlu sözügedən ünvanda yerləşən evin həyətindəki digər mənzildə kirayədə yaşayan 1994-cü il təvəllüdlü Allahverdiyev Şəhriyar Vahid oğlunu döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən C.Həmidli şübhəli şəxs qismində saxlanılıb.


Ölkə.Az

Daha çox xəbərlər