Tovuzda 23 yaşlı gənc qaçırdığı qızın tanışını bıçaqladı
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.
Məhkəmə hazırlıq iclası 2020-ci il yanvarın 9-na təyin olunub.
Qeyd edək ki, hadisə bu ilin sentyabr ayında baş verib. Tovuz şəhər sakini N.Qurbanova hüquq-mühafizə orqanlarına müraciət edərək qızı Z.Məmmədovanın Hüseyn adlı şəxs tərəfindən qaçırıldığını bildirib.
Araşdırmalar zamanı məlum olub ki, 23 yaşlı Hüseyn Nağıyev Z.Məmmədovanı qaçırmazdan əvvəl qısqanclıq zəminində qızın tanışı, Lerik rayon sakini, 40 yaşlı Arzu Nəcəfova 4 bıçaq zərbəsi endirib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində H.Nağıyev tutularaq istintaqa cəlb edilib.
Ölkə.Az

