Azərbaycanda dövlət hesabına hüquqi yardım 3 dəfə artırılıb
Azərbaycanda dövlət hesabına hüquqi yardım 3 dəfə artırılıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir: “Dünyada çox az ölkə var ki, orada vəkil günü xüsusi qeyd olunur. Həmin az ölkələr sırasında Azərbaycan da var. Bu da özlüyündə məhkəmə hüquq sahəsində aparılan islahatların ən vacib şərtlərindəndir”.

