Cəmiyyət 

Bu üsulla saç tökülməsinin qarşısını alın – Resept

Saçların tökülməsinin qarşısını alan və onları bərpa edən bir sıra maska reseptlərini sizə təqdim edirik :

RESEPT 1

Maskanı hazırlamaq üçün lazımdır :

1  ampula vitamin B6 ;

1 ampula vitamin B12 ;

1 qr vitamin C ;

2 xörək qaşığı gənəgərçək yağı ;

2 xörək qaşığı bal ;

2 xörək qaşığı saç üçün balzam.

Adı çəkilən bütün məhsulları qarışdırırıq.Saçınızı yumazdan 1 saat əvvəl saçlarınızın kökünə, daha sonra isə bütün saçlarınıza çəkin.

Başınıza bir xüsusi örtük yaxud da salafan keçirib üzərinə də dəsmal bağlayın.Vaxt keçdikdən sonra isə başınızı yuyun.

RESEPT 2

Lazım olan məhsullar :

1 xörək qaşığı bal

1 xörək qaşığı gənəgərçək yağı

1 xörək qaşığı konyak

1 ədəd yumurtanın sarısı

Bütün məhsulları qarışdırın. Saçları kökünə çəkin.Maskanı çəkdikdən sonra başınızı kip bağlayın.Maskanı 2 – 3 saat saxlamaq və daha sonra şampunla yumaq lazımdır. 1 həftədə 2 dəfə tətbiq etmək məsləhətdir. Artıq 3 – 4 prosedurlardan sonra nəticəsi göz önündə olacaq. //aile.fenomen

Daha çox xəbərlər