Hacıqabulda iki “KamAZ” toqquşdu — Ölən var
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində sürücülərdən 1 ölüb. Ölən şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

