Bakıda avtomobil qəza törədərək aşdı: Xəsarət alanlar var
Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarət alıb.
ARANTV.AZ xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.
“Mercedes” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili aşırıb. Avtomobil istinad divarına dəyərək dayanıb.
Qəza nəticəsində iki sərnişin ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.APA

