İdman 

Qurban Qurbanovun millisi üçün Danimarkadan futbolçu çağırıldı

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk rəqibi olan Kosovo yığmasının heyətində dəyişiklik olub.

ARANTV.AZ  xəbər verir ki, Xorvatiyanın “Xayduk” klubunun müdafiəçisi Ardian İsmayli Kosovonun 21 yaşadək millisinin heyətinə cəlb olunub.

Onun yerinə isə Danimarkanın “Bröndbü” klubunda çıxış edən, Almaniya doğumlu, “Ştutqart”ın sabiq hücumameyilli yarımmüdafiəçisi Besar Halimi kollektivə qoşulub.

Qeyd edək ki, avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Kosovo matçı saat 20:00-da başlayacaq.

oxu.az

Daha çox xəbərlər