Siyasət 

Taro Kono Şəhidlər xiyabanını ziyarət etdi – FOTO

Yaponiya xarici işlər naziri Taro Kono sentyabrın 5-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

ARANTV.AZ  xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Yaponiya xarici işlər nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha çox xəbərlər