Hadisə 

Azərbaycanda dağda 9 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Siyəzən rayonunun Nardaran kəndində, içərisində 9 nəfərin (onlardan biri azyaşlıdır) olduğu “Mercedes” və “BMW” markalı iki minik avtomobili yolu azaraq dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.
ARANTV.AZ-ın verdiyi xəbərə görə, dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin ediblər.Sonxeber.az

Daha çox xəbərlər