Kriminal 

Daşkəsəndə 19 yaşlı oğlanı qısqanclıq zəmnində bıçaqladılar

Daşkəsən rayonunda həmkəndlisini bıçaqlamaqda təqsirli bilinən Hüseynov Gəncəli Hüseyn oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası yanvar ayının 10-na təyin olunub.

Qeyd edək ki,  hadisə rayonun Quşçu kəndində baş verib.

Kənd sakini – 2000-ci il təvəllüdlü Həsənli Eltun İlham oğlu həmkəndlisi Hüseynov Gəncəli Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində G.Hüseynov E.Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib.

Yaralı komatoz-şok vəziyyətində xəstəxanaya çatdırılıb.

Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən Gəncəli Hüseynov saxlanılıb.

İlkin araşdırma zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.

Saxlanılan G.Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.

 

Ölkə.Az

Daha çox xəbərlər