İstanbulda fabrik yanır
İstanbulda Bəylidüzü rayonunda yerləşən fabrikdə yanğın başlayıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, fabrik kağız, etiket istehsalı ilə məşğul olan müəssisə kimi tanınır.
Məlumata görə, hazırda insident baş vermiş əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində operativ iş aparılır.
Xəsarət alanlar barədə hələ məlumat verilməyib.
Yanğının hansı səbədən baş verməsi məlum deyil.

