Əsas səhifə 

Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub – YENİLƏNİB – FOTO

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

ARANTV.AZ azərtac-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı.

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

———-
12:28

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.

ARANTV.AZ azərtac-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamladı.

Xorvatiyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Kolinda Qrabar-Kitaroviçə təqdim olundu.

—————–
06.09.2018
21:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib.

ARANTV.AZ azərtac-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

“Franyo Tucman” aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşıladılar.

Daha çox xəbərlər