Dünya 

“Taliban” hərbçilərə hücum etdi: 11 ölü

Əfqanıstanın şimal-qərbindəki Badgis əyalətində “Taliban” radikal hərəkatının silahlıları hərbçilərə hücum ediblər.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 11 hərbçi həlak olub.

Qeyd olunur ki, silahlılar gecə saatlarında nəzarət-buraxılış məntəqəsinə hücum edib. Hücumun qarşısını yalnız əlavə qüvvələr cəlb olunduqdan sonra almaq mümkün olub.

“Taliban” silahlılarının böyük itki verdikləri deyilir.

Daha çox xəbərlər