Dünya 

Yaşamaq üçün ƏN YAXŞI ölkələr – REYTİNQ – VİDEO

İngiltərənin London şəhəri “Resonance Consultancy” mütəxəssisləri tərəfindən tərtib olunan “Dünyanın ən yaxşı şəhərləri 2020” reytinqində birinci yerdədir.

Yaşamaq üçün ƏN YAXŞI ölkələr - REYTİNQ - VİDEO

ARANTV.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, siyahı konsaltinq şirkətinin saytında dərc olunub.

Müvafiq araşdırma çərçivəsində analitiklər bir milyondan çox əhalisi olan şəhərləri iqlim, təhlükəsizlik səviyyəsi, istirahət üçün infrastrukturun və görməli yerlərin mövcudluğu, təhsil müəssisələri, hava limanları, restoran və mağazaların olması, təhsilli əhalinin sayı, vətəndaşların gəlir səviyyəsi, şəhərin sosial şəbəkələrdə populyarlığı daxil olmaqla bir sıra göstəricilərə əsasən qiymətləndirib.

Tədqiqatın nəticələrinə görə, yaşayış üçün ən yaxşı meqapolis Londondur. Daha sonra reytinqdə Nyu-York, Paris və Tokio gəlir. Moskva il ərzində bir pillə yüksələrək siyahıda beşinci yeri tutub. Rusiya paytaxtı hava limanlarının marşrut şəbəkəsinin inkişafı və muzeylərinə görə dünya lideridir.

İlk 10-luğa, həmçinin, Dubay, Sinqapur, Barselona, ​​Los Anceles və Roma da daxildir.

Daha çox xəbərlər