Türkiyədə genişmiqyaslı əməliyyat: 800-dən çox jandarm cəlb edildi
Türkiyə jandarmeriyası ölkənin şərqindəki Hakkari vilayətində genişmiqyaslı əməliyyat keçirib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, əməliyyat PKK terror təşkilatının mənsublarına qarşı keçirilib.
Əməliyyat nəticəsində PKK ilə əlaqələrdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Əməliyyatda 800-dən çox jandarm iştirak edib.

