Cəmiyyət 

Bakı-Sumqayıt yolunda “kamikadze” sürücü – VİDEO

Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü kameraya düşüb.

ARANTV.AZ xəbər verir ki, “Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobil sürət həddi 90 km/saat olan yolda ən sol zolaqla əks yola çıxıb.

Həmin görüntülər Bakı istiqamətində hərəkət edən avtomobillərdən birindəki kameraya əks olunub.

Görüntülər yolun Xırdalandan keçən hissəsində qeydə alınıb.

Oxu.Az

Daha çox xəbərlər