Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək
ARANTV.AZ xəbər verir ki, bu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün sabah əlavə imtahan keçiriləcək. IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 682, II mərhələsində 197, XI sinif üzrə isə 164 şagirdin iştirakı gözlənilir. Şagirdlər “Buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

