Qaldırıcı kran sərnişinlə dolu avtobusa çırpıldı – VİDEO
Rusiyanın Tümen vilayətində qaldırıcı kran sərnişin avtobusuna çırpılıb.
REN TV məlumat verir ki, hadisə zamanı avtobus Tümen-Tobolsk marşrutu üzrə hərəkət edib.
Qəza nəticəsində yeddi sərnişin xəsarət alıb. Qəza vaxtı sərnişin avtobusunda 19 nəfər olub.
Yol-nəqliyyat hadisəsinin səbəbləri araşdırılır.

