Bakıda daha bir spirtli içki qurbanı: Küçədən meyiti tapıldı
Bakıda naməlum kişi meyiti tapılıb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.
Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib.
Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.
Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.APA

