Polşada DƏHŞƏT: donuzlar fermeri YEDİLƏR – FOTO
İnfarkt keçirən polşalı fermer 12 nəhəng donuz tərəfindən yeyilib.
ARANTV.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Sun” yazır.
71 yaşlı kişinin qalıqları, fermerə baş çəkməyə gələn qonşusu tərəfindən su quyusunun yanında aşkarlanıb.
Məlumata əsasən, kişi quyudan su çıxrarkən infarkt keçirib.
Fermerin qonşularının sözlərinə görə, o, fermasındakı Mangalika Macar cinsli nəhəng donuzları çox vaxt ac saxlayıb, onlara lazımi qulluq göstərməyib.


