Cəmiyyət 

Ölkədə pensiyaların verilişi başa çatıb

Bu ilin iyul ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi yekunlaşdırılıb.

ARANTV.AZ  xəbər verir ki, pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, iyul ayının 9-da Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilib.

İyulun 24-də isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının əvvəlki ayların artımları ilə birgə maliyyələşdirilməsi başa çatdırılıb.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment