Nazirlik Bakıda müşahidə olunan toz dumanı ilə bağlı xəbərdarlıq edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı xəbərdarlıq edib.
ARANTV.AZ xəbər verir ki, bu gün 26 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib və nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb.
Günün ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir.
Xatırladaq ki, belə şərait 27 iyul 2018-ci il tarixinədək davam edəcək.
oxu.az

