Hadisə 

Gəncədə gözəllik salonu yandı

Gəncə şəhərində gözəllik salonunda yanğın olub.

ARANTV.AZ xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində yerləşən ümumi sahəsi 24 kvadratmetr olan gözəllik salonunda baş vermiş yanğın artıq söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmasa da, gözllik salonunun içərisində olan əşyalar yanıb.

Yanğının hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq.Unikal.org

 

Daha çox xəbərlər