Dünya 

Şərqdə gərginlik: İran İraqdakı düşərgəyə hücum etdi — 9 ölü, 30 yaralı

İran hərbçiləri İraqın Ərbil şəhərində fəaliyyət göstərən İran-Kürdistan Demokratik partiyasına aid bir düşərgəyə hücum ediblər.

ARANTV.AZ xəbər verir ki, hücum nəticəsində 9 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

İraq mətbuatının xəbərinə əsasən, Ərbilin Koysancak rayonundakı düşərgəyə iclas zamanı raket hücumu edilib. Hücum nəticəsində partiyanın hərbi qanadının 9 nəfəri ölüb. Rəhbərlikdən də aralarında olan 30 nəfər yaralanıb. Partiya hücum xəbərini təsdiqləyib.

Açıqlamaya əsasən, İrana məxsus PUA ərazidə kəşfiyyat uçuşu apardıqdan sonra düşərgəyə hücum edilib. İran tərəfi məsələ ilə bağlı açıqlama verməyib.


Ölkə.Az

Daha çox xəbərlər