Şamxal Adıgözəlova Göyçayda məskunlaş seçicilərindən böyük dəstək – FOTOLAR
122 saylı Xankəndi seçki dairəsindən namizəd Şamxal Adıgözəlov Göyçay rayonunda seçiciləri ilə görüşüb. Seçicilər qarşısında çıxış edən Şamxal Adıgözəlov bildirib ki, Azərbaycan regionda güclü dövlət, dünyada isə etibarlı tərəfdaş kimi tanınır. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətə əsaslanır. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial-iqtisadi siyasət isə insan kapitalının inkişafına yönəlib. Məcburi köçkünlərlə bağlı tədbirlər dövlət siyasətin prioritet istiqamətlərindən biridir.
Şamxal Adıgözəlov qeyd edib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür. Bununla yanaşı, dövlət onların ən böyük arzusunun – əzəli yurdlarına qayıtmaq istəyinin gerçəkləşməsinə çalışır. Prezident İlham Əliyev bütün çıxışlarında münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar olduğumuzu bildirməklə yanaşı, ölkəmizin heç zaman işğalla barışmayacağını dadiqqətə çatdırır.
Şamxal Adıgözəlov deputat seçilərsə, hər bir Xankəndi sakinin yanında olacağını, onların müraciətlərinin həllinə həssaslıqla yanaşacağını deyib.
Ş. Adıgözəlov həmçinin Milli Məclisdəki qanunvericilik fəaliyyəti, ölkədə aparılan islahatlara peşəkar münasibət bildirməsi, məcburi köçkünlərin problemlərinin həllindəki fəallığı və təşəbbüskarlığı vurğulanıb, onun Xankəndi sakinlərinin layiqli namizədi olduğunu qeyd edilib.
Görüş iştirakçıları fevralın 9-da keçiriləcək seçkilərdə Şamxal Adıgözəlova səs verəcəklərini bildirib.
Qeyd edək ki, Xankəndi şəhərindən olan məcburi köçkünlər Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 122 saylı Xankəndi seçki dairəsinin ölkə üzrə 13 seçki məntəqəsi fəaliyyət göstərir. Bitərəf namizəd Şamxal Adıgözəlovun seçkiqabağı kampaniya çərçivəsində Xankəndilər sıx məskunlaşdığı bölgələrdə 12-dən çox görüş keçirəcəyi gözlənilir.









