Azərbaycanda “Vito” qəzaya uğradı: Sürücü öldü – VİDEO
Bakı-Zaqatala avtomagistralının Qax rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, qəza dünən rayonun Əmbərçay kəndində qeydə alınıb.
Qəza zamanı 08-BJ-942 dövlət nömrə nişanlı, “Mercedes Vito” ilə 34-BE-954 dövlət nömrə nişanlı, “VAZ 2106” toqquşub. Hadisə nəticəsində “Jiquli”nin sürücüsü ölüb.
Zərbənin təsirindən “VAZ 2106” işıq dirəyinə çırpılıb.
Qəzanın səbəbləri məlum deyil.
Oxu.Az

