İstedadlı şagird Hüseynzadə Kənan -Bərdə
6 iyn 2018 tarixində dərc edildi
Bərdə şəhər Akademik Zərifə Əliyeva adına Texniki Təmayüllü Litseydə öz tərbiyəsi və nümunəvi davranışı ilə tanınan bir şagird var. O ədəbiyata maraq göstərməklə yanaşı həm də şahmatı sevir . Bu il 2-ci sinifdə oxumaqla bərabər Bərdə rayon Şahmat usaq gənclər idman məktəbinin müəllimi Əbülfət Məmmədovun rəhbərliyi ilə Şahmat idman növündə gözəl uğurlar əldə etmişdir. İstərdik ki, qəhrəmanımızı hörmətli tamaşacilarimiza da tanıdaq.
Hüseynzadə Kənan Mahir oğlu 2010-cu il aprel ayınin 17–sində Bərdə rayonunda anadan olub.
Hal-hazırda Bərdə şəhərində Akademik Zərifə Əliyeva adına Texniki Təmayüllü Litsey məktəbinin 2 -ci sinifində oxuyur.
Kənanin nailiyyətləri haqqında danışarkən məlum oldu ki :
2015-ci ildə iki dəfə Bərdə rayonunda 20 Yanvar şəhidlərinə həsr olunmuş şahmat üzrə yarışda 2- ci yeri tutub.
2016-ci il 15 may tarixində Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş rayon üzrə şahmat birinciliyində I yerin qalibi olub.
Hüseynzadə Kənan çalışqanlığını dəyərləndirilərək, fəxri rərmanlarla təltif edilmişdir.
Kənan Hüseynzadənin formalaşmağında , inkişaf eləməyində müəllimlərinində əməyi az deyil. Savadlı, bacarıqlı müəllimlərinin diqqət və qayğısı onun inkişafında önəmli rol oynayıb. Uğurların təməlini qoyan Kənan heç şübhəsiz ki, bundan da gözəl nailiyyətlərə layiqdir!
Biz də öz növbəmizdə Kənana yeni-yeni uğurlar arzulayırıq!

