ABŞ-da gecə klubunda atışma olub, xəsarət alanlar var
ABŞ-ın Tennessi ştatının Memfis şəhərində gecə klubunda baş verən atışma zamanı azı 5 nəfər yaralanıb.
ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 3 radələrində “Purple Haze” gecə klubunda baş verib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Polis hadisə yerində araşdırma aparır.

