Cəmiyyət 

Mollaların boş sözlərinə qulaq asmayın – Qurbanov

Bəzi mollaların boş-boş danışdığı sözlərə qulaq asmaq olmaz. Çünki onların səsləndirdiyi fikirlər xurafatdan başqa bir şey deyil.

ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov “Dini ekstremizm-ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı İslam dininə inanır:

“Çünki dövlətimiz tolerantdır. Kimisə nəyəsə məcbur etmirik. Hər kəs ayıq-sayıq və dövlətin yanında olmaldır. Bu gün ölkəni parçalamaq istəyən çoxdur”.

C.Qurbanov qeyd edib ki, dəmiryolçular dini məsələdə ayıq-sayıqdırlar: “İslam bir elmdir və buna elmi yanaşmaq lazımdır, İslamı xurafata çevirmək olmaz”.report

Daha çox xəbərlər