Dünya 

Avropada döymə mürəkkəbi qadağan edilir-Sağlamlığa ziyandır

Avropa Komissiyası döymə üçün istifadə edilən piqmentləri qadağan etməyə hazırlaşır.

ARANTV.AZ-ın məlumatına görə, Lanqon tibb mərkəzinin mütəxəssislərinin fikrinə əsasən, döymə üçün istifadə edilən göy və yaşıl mürəkkəbin tərkibində ağır metal və toksik maddələr var. Bu maddələr isə allergiya və səpkilərə səbəb olur, müxtəlif xəstəliklərlə nəticələnir.
Mütəxəssislər qeyd ediblər ki, döymə etdirən insanların 6 faizi səpki, qaşıntı və digər problemlərdən şikayət ediblər. Bir çoxları hətta müalicədən sonra da bu simptomlardan qurtula bilməyiblər. Avropa Kimya Agentliyi (ECHA) mürəkkəb istehsalçılarından iki həftə ərzində təhlükəli maddələri nə iləsə əvəz etməyi tələb edib.Sonxeber.az

Daha çox xəbərlər